top
Təmizlik şirkətlərindən istifadə edirsiniz? - paytaxtda mənzillərin təmizlənməsi qiymətlərinin icmalı
27 aprel 2022, 02:30
- ↺ +

Təmizlik şirkətlərindən istifadə edirsiniz? - paytaxtda mənzillərin təmizlənməsi qiymətlərinin icmalı

Evin təmizlənməsi çox vaxt enerji və diqqət tələb edən yorucu bir iş ola bilər. İşə, ailənizə və dostlarınızla görüşlərə daha çox vaxt ayırmaq istəyirsinizsə, mənzilinizin təmizliyini xüsusi şirkətlərə həvalə edə bilərsiniz.

Paytaxtda fəaliyyət göstərən bu şirkətlər və onların təklif etdikləri xidmətlər haqqında öyrəndik. Standart paketi müəyyən etmək üçün pəncərələrin yuyulması və mənzilin ümumi təmizlənməsi üçün qiymətləri ayrıca araşdırdıq.

Şirkətlərdən bəzilərinin qiymət və xidmətlərinin siyahısını sizə təqdim edirik:

Service Plus Group

Service Plus Group şirkəti müştərilərinə mənzillərin, ofislərin, bağ evlərinin təmizlənməsi, bağban, usta xidmətləri, həmçinin kimyəvi təmizləmə və xalçaların yuyulmasını təklif edir.

Ümumi təmizliyin qiyməti təmizlik sahəsinə görə dəyişir. Orta hesabla 1 kvadratmetr üçün qiymət 1,5-1,7 manatdır.

Qeyd olunan qiymətə döşəmə, tavan, divarların, daxili qapı və pəncərələrin silinməsi, mebellərin tozlarının alınması, mətbəx, kiçik məişət avadanlıqlarının, sanitar qovşağın təmizliyi, kafel, metlaxın ərpdən təmizlənməsi, eyvanın təmizliyi, aspirator (havaçəkən), çilçıraqlar, radiatorların daxilinin buxar ilə təmizlənməsi, divarların yağ ləkələrindən, qara çirklərdən təmizlənməsi daxildir.

Təmizlik ləvazimatları və avadanlıqlar qiymətə daxildir.

Qiymətə pəncərə təmizliyi daxil deyil. Bir pəncərənin yuyulmasının qiyməti ölçüsündən və çirklənmə dərəcəsindən asılı olaraq orta hesabla 15-20 manat təşkil edir.

İlay təmizlik xidməti

Şirkət mənzil, ofis, bağ evləri, restoranlarda gündəlik, əsaslı, inşaat və yaxud təmirdən sonrakı təmizlənməni təklif edir. Həmçinin yumşaq mebel, pərdələr və xalçaların yerində yuyulması, buxar aparatı ilə dezinfeksiyası da mövcuddur.

Qiymət təmizlik sahəsindən asılıdır, 1 kv.m üçün orta hesabla 1-1,3 manatdır. Təmizləyici maddələr və avadanlıqlar şirkət tərəfindən verilir.

Ümumi təmizləmə xidmətlərinə tavanların, döşəmələrin, divarların yuyulması, çilçıraqların təmizlənməsi, hamamın və mətbəxin, o cümlədən ərp və yağ ləkələrinin təmizlənməsi daxildir. Mütəxəssislər pərdələri çıxaracaq, yuyacaq və yerinə asacaqlar. Pəncərələrin yuyulması qiymətə daxil deyil. Bir pəncərənin yuyulması 5 manat təşkil edir.

Titiz şirkəti

Titiz şirkəti evlərin və ofislərin təmizliyi, dezinfeksiya, dezinseksiya, deratizasiya və ilanlara qarşı dərmanlama xidmətlərini təklif edir.

Ümumi təmizliyin 1 kvadratmetr üçün qiyməti 1,6 manatdır.

Xidmətlərə aşağıdakılar daxildir: mebelin, oturacaqların və əşyaların silinməsi, döşəmənin süpürülməsi və silinməsi, pəncərələrin içəridən və xaricdən yuyulması, mətbəx şkaflarının və mətbəx qablarının təmizlənməsi, hamam şkaflarının və digər hissələrinin təmizlənməsi, vanna otağında şüşə və güzgü səthlərinin yuyulması, vannaların təmizlənməsi və santexnika dezinfeksiyası, döşəmənin nəm təmizlənməsi, zibillərin yığılması və atılması.

Bundan əlavə, şirkət sizə xüsusi təmizlik ehtiyaclarınızı ödəmək üçün tam çeşidli xidmətlər təklif edir. Lazımlı olan hər bir vasitə şirkət tərəfindən qarşılanır, istifadə vasitələri ödənişə daxildir.

Clean Heart

Clean Heart şirkəti təmizləmə və dezinfeksiya sahəsində geniş spektrli fəaliyyət həyata keçirir. Təmizləmə və dezinfeksiya ilə yanaşı, şirkət işçilərin təlimi, sənaye alpinizmi xidmətlərini göstərir.

Mənzilin təmizlənməsinin dəyəri sahəsindən asılıdır - 1 kvadratmetrə görə qiymət 1,35 manat təşkil edir.

Ümumi təmizlənmə mənzilin tamamilə bütün sahələrinin - otaqlarının, mətbəxinin və vanna otağının hərtərəfli təmizlənməsini əhatə edir. Otaqlarda bütün səthlər təmizlənir - tavan, divarlar və döşəmə, həmçinin mebel, lampalar və daxili əşyalar. Bu səthlərdə bütün növ çirklənmələrdən - köhnələr də daxil olmaqla, dərin təmizləmə aparılır. Qiymətə mənzildə pəncərələrin yuyulması da daxildir.

Bütün təmizləyici vasitələr və avadanlıqlar şirkət tərəfindən təqdim olunur.

EcoMan

EcoMan şirkəti təmizləmə işlərini, otaqların (mənzillər, ofislər, evlər) ümumi təmizlənməsini təşkil edir. Evlərin və ofislərin təmizlənməsi, pəncərələrin yuyulması, divan və kresloların təmizlənməsi, döşəməyuma, xalçayuma, xadimə xidməti təklif olunur.

Bu şirkətin xidmətlərinin dəyəri binanın növündən asılıdır. Yeni tikili binada təmizlik 1 kvadratmetr üçün 1,8 manat, köhnə tikili binada isə eyni sahə üçün 2,3 manat təşkil edəcək.

Şirkətin işçiləri tərəfindən mənzildə təmizlik işləri bütün səthlərə diqqət yetirilərək görülür - quru və nəm təmizləmə aparılır, çilçıraqlar, metal və şüşə səthlər, o cümlədən pəncərələr yuyulur.

Bütün prosedurlar, müxtəlif məkanların təmizlənməsi ən müasir avadanlıqların və kimyavi maddələrin köməyi ilə həyata keçirilir.

Şirkətin qiymətləri işin mürəkkəbliyindən, məsafə uzaqlığından və əlavə xidmətlərin sifarişindən asılı olaraq dəyişə bilər. Dəqiq məlumat üçün təmizlik şirkətinin meneceri ilə məsləhətləşməlisiniz.

Son xəbərlər

Xəbər
Bu gün, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Bu gün, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
01 oktyabr 2026, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
01 oktyabr 2026, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
01 oktyabr 2026, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
01 oktyabr 2026, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Oxşar xəbərlər