Tərcümə Mərkəzində xarici dil kursları açılıb. Bu haqda 8 yanvar tarixində AZƏRTAC xəbər verib.
Mərkəzdə ingilis, fransız, alman, ispan, rus, çex, türk, fars, ərəb və gürcü dilləri kursları təşkil olunacaq. Həmçinin xarici vətəndaşlar üçün Azərbaycan dilini öyrənmək üçün şərait yaradılıb.
Kursun sonunda iştirakçılara Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sertifikatı veriləcək.