Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçə adlanan ərazi tamamilə yağış suları altında qalıb. Bu haqda Xəzər Xəbər məlumat yayıb.
Kanalizasiya sisteminin olmaması yağış yağanda küçəni keçilməz vəziyyətdə qoyur. Sakinlər qaz borularının üstündən və ya daşlardan düzülmüş cığırdan istifadə edərək, yolu keçirlər.
Bəzi yerlərdə elektrik xəttinin də suyun altında qalması, sakinlər üçün təhlükə yaradır.
Xəzər rayon İcra Hakimiyyəti məsələdən xəbərdar olduqlarını, problemin uzun illərdir davam etdiyini bildirib. Kanalizasiya sisteminin qurulması üçün “Azərsu” ASC baş plan hazırlanıb və artıq Abşeron yarımadası üzrə işlər başlanıb.