Bakı növbəti məşhur pianisti qarşılamağa hazırlaşır. Bu haqda BakuPlus.az 11 fevral tarixində xəbər verir.
Heydər Əliyev Sarayında 14 may tarixində Türkiyənin məşhur pianist və bəstəkarı Fazıl Say şedevr əsərləri ilə çıxış edəcək.
Saat 20:30-da başlayacaq konsertə biletlər artıq satışdadır. Qiymətlər 50-300 manat arasında dəyişir.
Biletləri sarayın kassalarından və ya onlayn əldə edə bilərsiniz.