30 yanvar tarixində Türkiyədə fərqli yumoru ilə özünü sevdirən məşhur Stand Up-çı Bakıda çıxış edəcək.
Hasan Can Kayanın şousu Bakı Konqres Mərkəzində saat 20:00-da baş tutacaq. Türk dilində olacaq Stand up şouya 16 yaşdan yuxarı şəxslər buraxılacaq.
Türk dilində keçiriləcək şouya biletlərin qiyməti 30-300 manat arasında dəyişir. Hazırda satışda qalan ən ucuz biletlərin qiyməti 70 manatdan başlayır.
Biletləri mərkəzin kassalarından və ya onlayn əldə edə bilərsiniz.
COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmayacaq, və əldə olunmuş biletlər geri qaytarılmayacaq.