5 dekabr tarixində Bakıda Türkiyə univesitetlərinin sərgisi keçiriləcək. Sərgi Trucas-Azerbaycan şirkətinin təşkilatçılığı ilə Hilton Baku Hotelində saat 11:00-da başlayacaq.
18:00-a qədər davam edəcək sərgidə Türkiyənin prestijli universitetlərinin təmsilçiləri iştirak edəcək.
Tədbirdə iştirak etməklə universitetlərə qəbul şərtləri, fakültələr, ixtisas seçimi, yerləşmə və yaşam, təqaüd şərtləri və sair suallara cavab tapmaq imkanınız olacaq.
Sərgiyə giriş sərbəstdir.