Bakının simvolu Gürcüstanın paytaxtında quraşdırılıb. Bu haqda Report 10 dekabr tarixində xəbər verib.
Tbilisi şəhərinin mərkəzi Rustavelli prospektində yeni il dekorasiyaları çərçivəsində dünyanın bir sıra şəhərlərinin əsas rəmzlərinin bəzəkli kiçik maketləri də yerləşdirilib.
Londonun Biq Beni, Parisin Eyfel qülləsi, Vaşinqtonun Azadlıq heykəli, Rimin Kolizeyinin maketləri ilə yanaşı Bakının simvollarından biri olan “Alov qüllələri” də yer alıb.
Tbilisi meriyası yeni il tədbirlərinə 1 milyon ABŞ dollarından çox vəsait xərcləməyi planlaşdırır.