"Torqovaya"da çəkilən fotosu ilə gündəm olan kişi MTV-də yayımlanan "Tarixin bir anı" verilişində qonaq olub. Bu haqda 5 yanvar tarixində Manset.az xəbər verib.
"Tarixin bir anı" verilişinə qonaq kimi dəvət olunan 57 yaşlı Vyaçeslav sosial şəbəkədə yayılan fotosundan danışıb. O, fotonun nə vaxt və kim tərəfindən çəkildiyini bilmədiyini və bu işdə uzun müddətdir işlədiyini bildirib. Məlum olub ki, Vyaçeslav “Torqovaya”da günə 50-100 manat arası pul qazanır.
“Halal zəhmətimlə pul qazanıram, əvvəllər Bulvarda fotoqraf olmuşam. Fürsətdən istifadə edib hər kəsin bayramını təbrik edirəm", - Vyaçeslav deyib.
Verilişdə Tarix Əliyev həmin şəxsə 500 manat hədiyyə edib.