Paytaxtın mərkəzində - Fəvvarələr meydanında “Torpaq əlimdə, Bahar ürəyimdə” adlı xeyriyyə yarmarkasına hazırlıq işləri aparılır. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az xəbər verir.
Ərazidə böyük ölçülərdə süni tonqal və səməni quraşdırılır, obyektlərin dizaynı Novruz bayramına uyğun olaraq dəyişdirilir.
“Torpaq əlimdə, Bahar ürəyimdə” xeyriyyə yarmarkası 1 mart - 10 aprel tarixlərində təşkil olunacaq.
[URIS id=33610]