Bakıda “Şuşa ili” çərçivəsində məktəblilər arasında onlayn “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 23 mart tarixində xəbər verir.
“Qarabağ Azərbaycandır” mövzusunda baş tutacaq oyun 26 mart, saat 12:00-da təşkil olunacaq.
Komandanızı toplayıb, qeydiyyatdan keçərək iştirakınızı təsdiqləyə bilərsiniz.
Oyunda iştirak etmək üçün son qeydiyyat tarixi 25 mart, saat 22:00-a qədərdir.