Yeni il ərəfəsində kimisə sevindirmək istəyirsizsə o zaman yolunuzu “Hard Rock Cafe” məkanından salın. Artıq bir neçə ildir ki davam edən “Be a Santa” aksiyası bu ildə fəaliyyət göstərir.
Aksiya nədən ibarətdir? Restoranın girişində yerləşən şam ağacından onlarla məktublar asılıb. Bu məktubları yazan kimsəsiz, fiziki qüsurlu və ya az təminatlı ailələrdən olan uşaqlardır. Onlar Şaxta babaya arzularını yazıblar, “Hard Rock Cafe” da onları şam ağacına yerləşdirib. Uşaqların arzusunu çin etmək istəyirsizsə, məktublardan birini götürüb, hədiyyəni hazırlayıb, şam ağacın altına qoya bilərsiniz.
Daha sonra “Nargis fund”-ın nümayəndələri hədiyyələri sahiblərinə çatdıracaqlar.
[URIS id=19613]