Vətən müharibəsində iştirak etmiş tələbələrin əlavə qruplarının hazırlanması xərclərini Bakı Dövlət Universiteti (BDU) ödəyəcək. Bu barədə qərar BDU-nun Elmi Şurasının bu gün, 14 fevral tarixində keçirilən iclasında qəbul edilib.
Universitetin Rektoru Elçin Babayev qeyd edib ki, bu gün Vətən Müharibəsi iştirakçıları ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib. Vətən Müharibəsində iştirak etmiş BDU tələbələrinin təlim-tərbiyə problemləri diqqətlə təhlil edilir, onların pedaqoji və metodiki təminatı ilə bağlı mütəmadi iş aparılır.
BDU-nun Elmi Şurasının 3 fevral 2021-ci il tarixli iclasının qərarına əsasən, Vətən müharibəsində iştirak etmiş tələbələrin altqrupları üzrə təhsil haqqı təhsil müəssisəsinin büdcəsi hesabına həyata keçirilmişdir. Bundan əlavə, qanunvericiliyə uyğun olaraq müharibəyə cəlb edilmiş tələbələrin təhsil problemlərinin həlli üçün hər cür şərait yaradılmışdır.