Paytaxtın Xətai rayonunda yerləşən 4 saylı təcridxanada Qadınlar günü qeyd olunub. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Tədbirdə məhkumlara bayram tortu və gül dəstələri təqdim olunub. Bundan əlavə, qadınlara kosmetoloji xidmət göstərmək məqsədilə aksiya keçirilib. Daha sonra bayram musiqili ifa ilə davam edib.
Məclisdə iştirak edən Penitensiar xidmətin rəis müavini və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili də məhkum qadınları təbrik ediblər.
[URIS id=36092]