Xətai rayonunda Vətən və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılışı baş tutub. Bu haqda 4 dekabr tarixində Report xəbər verib
Vətən müharibəsinin şəhidləri Rəşad Məmmədov, Tərlan Atakişiyev, Ceyhun Abbasov, Əbdülrza Rəfibəyli və Birinci Qarabağ müharibəsinin şəhidi Rəşid Bağırovun xatirələri əbədiləşdirilib. Açılış mərasimində şəhidlərin ailələri, dostları, İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Şəhidin müharibədə göstərdiyi qəhrəmanlığından danışılıb. Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Mərasim iştirakçıları xatirə lövhəsinin qarşısına əklil və gül çələngləri qoyublar.