Bakının "Xəzər Gənclər Evi"ndə təlimçi, "Karnegi Klubu"nun rəhbəri, Biznes-trener, Couch, NLP-Master Nəcəf Allahverdiyevin iştirakı ilə "Uğurun formulu" adlı təlim keçiriləcək. Təlim 21 fevral tarixində saat 15:00-da baş tutacaq.
"Uğurun formulu nədir?" sualına cavab tapmaq üçün sual-cavab formasında müzakirə aparılacaq.
Təlim “Xəzər Gənclər Evi" və "Azərbaycan Gənc Könüllülər Akademiyası"nın birgə təşkilatçılığı ilə keçiriləcək.
İştirak etmək üçün qeydiyyatdan keçməyə ehtiyac yoxdur.