Bakıda polis rəisinə şiddətli töhmət verilib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis sahə rəisi Bəxtiyar Quliyev şəhid ailəsini təhqir etdiyinə görə töhmət alıb.
Təhqir olunan ərizəçinin həyat yoldaşı, Füzuli rayonundan övladının nəşini gətirərkən, sürət həddini aşıb. Bununla bağlı, o, Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasına gəlib.
Ərizəçi, inzibati binanın buraxılış məntəqəsində polis rəisi B.Quliyevə müraciət edib. Bu zaman sonuncu, ərizəçini istiqamətləndirmək əvəzinə ona qarşı təhqiramiz ifadələr istifadə etməklə mübahisə edib.
Qeyd olunan məsələ 1 mart tarixində parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.