Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəsəbə sakini Rəvan Muxtarov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Sərnişin isə ağır xəsarətlər ilə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar davam edir.