Paytaxtın Xəzər rayonunda abadlıq işləri aparılır. Bu haqda bu gün, 17 dekabr tarixində Xəzər rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Rayonun əsas prospekt və küçələrində yaşıllaşdırılma tədbirləri aparılır, qurumuş ağaclar yeniləri ilə əvəz olunur, aqrotexniki qulluq görülür.
Həmçinin, yabanı otlar təmizlənir, ərazi boyunca gül kolları əkilir.
“Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir”, - deyə qurum bildirib.
[URIS id=20755]