Xəzər rayon ictimaiyyəti 20 Yanvar şəhidi Fuad Fərhadoğlunun məzarını ziyarət ediblər. Bu haqda Xəzər Rayon İcra Hakimiyyəti məlumat verib.
20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun fəal gəncləri, ictimaiyyət üzvləri, şəhidin valideynləri və yaxınları Şüvəlan qəsəbəsində dəfn olunmuş 20 Yanvar şəhidi Fuad Fərhadoğlunun məzarını ziyarət ediblər.
Mərasim zamanı şəhidin ruhuna dualar oxunub və məzarına gül dəstələri qoyulub.
[caption id="attachment_30347" align="alignnone" width="800"]
Foto Xəzər İH-nin rəsmi saytı[/caption]