top
Xəzər rayonunda bir neçə bina arasında yalnız bir zibil qutusu var, o da həftədə bir dəfə təmizlənir
08 fevral 2022, 03:23
- ↺ +

Xəzər rayonunda bir neçə bina arasında yalnız bir zibil qutusu var, o da həftədə bir dəfə təmizlənir

Xəzər rayonu, Binə qəsəbəsinin 5 mərtəbələr adlanan ərazisində sakinlər 20 ilə yaxındır ki, məişət tullantılarını atmağa yer tapmırlar. Məcburiyyətdən yolun kənarına atılan zibillər ərazidə antisanitar vəziyyət yaradıb. Bu haqda ATV Xəbər reportaj təqdim edib.

Ümumilikdə ərazidə qutuların sayı azdır və sakinlərin sayı çox olduğuna görə insanlar məcbur olub öz məişət tullantılarını zibil qutularına yox, yolun hərəkət hissələrinə atırlar. Tullantılar yığılan ərazidə məktəb yerləşdiyindən, gün ərzində xeyli sayda şagird və valideyn bu yoldan istifadə edirlər.

“Biz də gəlib atırıq zibilimizi. Burda qablar var idi, indi bir dənə qalıb. Başqa nə edə bilərik? Hara ata bilərik zibilimizi? İylənir, həftədə bir dəfə maşın gəlir”, - sakinlərdən biri öz fikirlərini bildirib.

Sakinlər deyir ki, məsələ uzun müddət araşdırıldıqdan sonra aidiyyəti qurumlardan əraziyə bir şəxs gəlib. Sakinlər onlara yeni qutuların gətiriləcəyini düşünüblər. Lakin həmin adam onlara zibilləri yolun əks tərəfinə atmağı məsləhət görməklə kifayətlənib. Sakinlər bu vətəndaşın hansı idarəni təmsil etdiyini bilmirlər.

Binə qəsəbəsi bələdiyyəsi, Mənzil kommunal istismar sahəsi və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri bildirib ki, həmin məsələnin onlara aidiyyəti yoxdur.

Sakinlər ümid edirlər ki, hər hansısa bir idarə bu məsələni öz üzərinə götürəcək və problemin həlli üçün hərəkətə keçəcək. Əks halda insanların sağlamlığı risk altında olacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər