Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirilib. Bu haqda 28 yanvar tarixində Xəzər Rayon İcra Hakimiyyəti məlumat verib.
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə səhər saatlarından etibarən rayon ərazisində təmizlik işləri aparılıb.
İməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, ağaclar və yaşıllıq zolaqları yuyulub, zədələnmiş ağaclar budanıb, təmizlik və abadlıq işləri görülüb.
[URIS id=31276]