“Azərbaycanın qədim incəsənətində astral rəmzlər” adlı mühazirə keçiriləcək. Tədbir martın 5-i, saat 16:00-da Azərbaycan Milli Xalça Muzeyində baş tutacaq. Bu haqda müzeyin mətbuat xidməti bu gün, 1 mart tarixində məlumat yayıb.
Mövzu tunc dövründən antik dövrə qədər olan tarixi əhatə edir. Mühazirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva tərəfindən oxunacaq.
O, Azərbaycanda tapılan bir çox keramika və metal əşyaların üzərində müxtəlif astral simvollar və onların semantik mənaları haqqında məlumat verəcək.
Yerlər məhduddur, ona görə də əvvəlcədən qeydiyyatdan keçmək tövsiyə olunur.