Xalq artisti Həsənağa Salayevə həsr olumuş virtual sərgi istifadəçilərin ixtiyarına verilib. Sərgi 1921-ci ildə Bakıda anadan olmuş aktyorun 100 illik yubileyi münasibətilə təqdim olunub. Bu haqda Azərtac xəbər verib.
Sərgi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanıb.
Teatr səhnəsində olduğu kimi, kino sahəsində də yaddaqalan rollar ifa etmiş Həsənağa Salayev 1959-cu ildə respublikanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Dekabrın 5-də anadan olmasının 100 illiyi qeyd olunan görkəmli aktyorun səhnə yaradıcılığı hər zaman sənətsevərlər tərəfindən tədqiq və təbliğ olunacaq və daim yaddaşlarda yaşayacaq.