Röya Ayxan Metaverse dünyasında ifa edən ilk Azərbaycan müğənnisi kimi tarixə düşüb. Bu haqda BakuPlus.az bu gün, 17 mart tarixində xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən keçirilən "Meta Novruz" virtual tədbir də virtual dünyada keçirilən ilk milli bayram kimi tarixə düşüb.
Həmin tədbirdə Xalq artisti Röya Ayxan müğənni qismində iştirak edib.
Bundan əlavə, Meta Dünyada ilk dəfə muğam da səsləndirilib.