Bakının bəzi küçələrində piyadalar onlar üçün nəzərdə tutulmuş zolaqdan keçməkdə çətinlik çəkirlər. Bu haqda BakuPlus 22 yanvar tarixində xəbər verir.
Onlardan biri Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Mir Cəlal küçəsidir.
Sakinlərin sözlərinə əsasən, küçədə çox sayda piyada zolağının olmasına baxmayaraq onlardan yalnızca biri işıqforla tənzimlənir. Digər piyada zolaqlarında isə əksər sürücülər yüksək sürətlə hərəkət etdiyindən, cürət edib yolu keçmək çətinləşir.
Sakinlər qeyd edir ki, havanın yağmurlu keçdiyi günlərdə isə yolun digər hissəsinə keçmək daha müşkül məsələyə çevrilir.