Bakının Yasamal rayonunda, Tbilisi prospektində yerləşən işıqfor işləmir. Bu haqda bu gün, 14 yanvar tarixində Bakuplus.az məlumat verir.
Səhər saatlarından “Azpetrol” YDM-in yaxınlığında, Hənifə Ələsgərov küçəsi və Tbilisi prospektinin kəsişməsində yerləşən işıqforlar söndürülüb.
Ötən gün məlum olub ki, Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində, eyni zamanda Əbdürrəhim bəy Haqverdiyev küçəsində daha bir yerdə işıqforlar işləməyib.