Bakıda anasının tək buraxdığı üçün nəzarətsiz qalan azyaşlı təhsilə cəlb olunub. Report bu gün, 16 fevral tarixində xəbər verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə əsasən, azyaşlının hüquqlarının müdafiəsi və maraqlarının təmin olunması, eyni zamanda ailəyə dəstək göstərilməsi məqsədilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin edilib.
Fevral ayının əvvəlində evdə tək qalan azyaşlı uşağın yaşadığı Yasamal rayonu ərazisində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olmasını əks etdirən videogörüntü yayılmışdır.
6 yaşlı uşağın anasının evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işləməsi və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getməsi sonradan məlum olub.
Ailə nəzarətə götürülüb.