Yasamal rayonunda uşaqlara Azerlotereya biletləri satılır. Bu haqda 7 mart tarixində Bakuplus.az-ın izləyicisi məlumat verib.
Son zamanlar Azərbaycanda insanlar arasında populyarlaşan lotereyaların 18 yaşına çatmamış şəxslərə satışı qadağandır. Lakin bəzi işbazlar qanunları heçə sayaraq azyaşlı uşaqlara lotereyaların satışını həyata keçirir. Belə bir fakt Yasamalda qeydə alınıb. Yeni Yasamal ərazisində uşaqlara "Poz Qazan" ani lotereya biletləri satılır.
Qanuna əsasən 18 (on səkkiz) yaşına çatmamış şəxslərə lotereya satışı qadağandır. Həmçinin satışa görə məsuliyyəti “Azərlotereya” deyil, lotereyanı satan şəxs daşıyır.
Bundan əvvəl, Bakıda məktəblilərə lotereya satışının həyata keçirilməsi barədə Bakuplus.az məlumat vermişdir.
[caption id="attachment_35943" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]