top
Alman əsilli Forer ailəsinin Bakıda fəaliyyəti
04 mart 2023, 02:10
- ↺ +

Alman əsilli Forer ailəsinin Bakıda fəaliyyəti

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

10 may 1817-ci ildə Rus imperatoru I Aleksandr 700 Şvab ailəsinin (Şvabiya-müasir Almaniyanın cənub-qərbində, yuxarı Ren və Dunayda tarixi əyalət) Cənubi Qafqaza köçürülməsi haqqında Sərəncam imzaladı. Artıq 1819-cu ildə Gəncəçay çayının sağ sahilində, ilk Alman məskəni - Yelenendorf (Göygöl) qəsəbəsi meydana çıxmışdı. Almanlar Bakının özündə qəsəbələr salmasalar da, şəhərin mərkəzində məskunlaşırdılar və burada kənd təsərrüfatı mallarından ibarət mağazalar açırdılar. Azərbaycanda şərabçılıq təsərrüfatının qurucusu olan Forerlər ailəsi onlardan biri idi. [https://1news.az/az/news/20210709040538894-Neft-bumu-ve-almanlar-Azerbaycanda-narinci-qizil-nece-meydana-geldi-FOTO] 

Forerlər Şərab ticarətinə 1860-cı ildə başlamışdılar. Onların təsərrüfatı spirt, konyak və pivə sənayesindən ibarət idi. Şirkət qonşu əyalətlərdən, həmçinin Bakıdan da üzüm və şərab əldə edirdi. Forer pivə zavodu öz gücünə görə Zığdakı Bakı pivə zavodundan sonra Azərbaycanda ikinci yeri tuturdu. [Ахундова Туран. Немцы-колонисты Азербайджана: XIX-нач. XX в. Баку-1999]

XX əsrin əvvəllərində Forer şirkətinin Bakıda bir neçə mağazaları var idi. Onlardan biri Kolyubakinskaya (indiki Nigar Rəfibəyli) və Mariinskaya (indiki Rəsul Rza) küçələrinin kəsişməsində yerləşirdi. Digər bir mağaza Malaya Morskaya və Telefonnaya küçələrinin (indiki 28 May) kəsişməsində idi. Üçüncü mağaza Nijni Priyutskaya (indiki Süleyman Rəhimov) küçəsində, Forerlərin şəxsi evlərində yerləşirdi. Əsas anbar 213 nömrəli Kamenistaya (indiki Bəşir Səfəroğlu) küçəsində idi. [Форер Христофор и его сыновья Готлиб, Фридрих, Генрих и Христофор – предприниматели-виноделы — OurBaku]

Forerlərin evlərinin yaxınlığında Forer bağı salınmışdı. Burada bayramlar keçirilirdi, konsertlər verilirdi. Bağda boulinq meydançası və “Belvyu” adlı pivə restoranı açılmışdı. Bir müddət sonra bağın yerləşdiyi təpə “Forer dağı” kimi məşhurlaşmışdır. [Гумбатова Тамара. Баку и немцы. Баку-2008]

Sovet dövründə Forerlərin mülkləri milliləşdirildi. Forerlərin bir qismi güllələndi, digərləri isə Sibirə sürgün edildi.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Siyasət
Dünən, 11:08

Prezident: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

Siyasət
Dünən, 10:43

İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb

Xəbər
Dünən, 10:30

Bakıda yeni park salınır - FOTO

Xəbər
Dünən, 10:11

İdarə əməkdaşları zibil yeşiklərini oğurladılar - 70 manata satdılar

Xəbər
Dünən, 09:41

23 yaşında vəfat etdi, nişanlısı bir daha ailə qurmadı - Dahi bəstəkarın anım günüdür

Xəbər
Dünən, 09:21

Nərimanov rayonunda bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 09:14

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Xəbər
Dünən, 09:10

"Ceyhun Sabunçu" ləqəbli Cəlal Mirağayevin qətli ilə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Oxşar xəbərlər