top
Ana olmaq mənə karyeramda daha da güclü olmağa imkan verdi - Yaylagül Ramazanova
16 oktyabr 2025, 11:21
- ↺ +

"Ana olmaq mənə karyeramda daha da güclü olmağa imkan verdi" - Yaylagül Ramazanova

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın tanınmış oxatanı Yaylagül Ramazanova təkcə idmanda deyil, həm də həyat hekayəsi ilə bir çoxlarının qəlbini fəth edib. O, 2024-cü il Paris Yay Olimpiya Oyunlarında yeddi aylıq hamilə olmasına baxmayaraq yarışda iştirak etməklə həm Azərbaycanda, həm də dünyada qadınlar üçün güc və iradə simvoluna çevrildi. Bu hadisə ölkəmizdə oxatma idmanına marağın artmasına da təkan verdi.

Yaxın günlərdə Yaylagül Ramazanova III MDB Oyunlarında artıq fərqli statusda - hakim kimi çıxış edib. Yarış zamanı o, ilk dəfə olaraq bir yaşlı qızı Alifa ilə birlikdə ictimaiyyət qarşısına çıxıb. Beləcə, kiçik Alifa da, fərqinə varmadan, anasının idman yolunun bir hissəsinə çevrilib.

İdman.biz Yaylagül Ramazanova ilə analıq, III MDB Oyunları və Azərbaycanda oxatmanın inkişafı mövzusunda söhbətləşib.

- III MDB Oyunlarında ilk dəfə qızınızla birlikdə ictimaiyyət qarşısına çıxdınız. Bu, sizin üçün nə demək idi?

- Bu, mənim üçün çox duyğulu və unudulmaz an idi. Üstəlik, həmin gün onun birinci ad günü idi. Bu gözəl günü Xankəndidə qeyd etmək məni çox xoşbəxt etdi. 

- Qızınızı tez-tez özünüzlə işə, məşqlərə aparırsınızmı?

- O, hələ balacadır, ona görə də demək olar ki, hər zaman yanımdadır. Onunla çox vaxt keçirirəm. Analıq böyük məsuliyyətdir, buna görə də övladı başqasına etibar etmək asan deyil. Amma bəzən elə olur ki, peşəkar öhdəliklər buna imkan vermir. Belə hallarda onu yalnız güvəndiyim insanlara həvalə edirəm.

- Bu dəfə III MDB Oyunlarında idmançı kimi deyil, hakim kimi iştirak etdiniz. Bu istiqamətdə davam etməyi düşünürsünüzmü?

- Bəli, bu təcrübə mənim üçün çox dəyərli oldu. İdmançı kimi yarışmaq gözəl hissdir, hakim kimi bütün prosesi idarə etmək isə insana tam başqa baxış bucağı qazandırır. Bu istiqamətdə inkişafı davam etdirmək istərdim, amma eyni zamanda ölkəmizi idmançı kimi də təmsil etmək niyyətindəyəm. 

- Yarışların Xankəndidə keçirilməsinin sizcə, nə kimi əhəmiyyəti var?

- Bu, Azərbaycan idmanı üçün böyük mənəvi önəm daşıyır. Mən əminəm ki, azad edilmiş ərazilərdə idmanın inkişafı sürətlə gedəcək. Orada artıq müasir infrastruktur, gənc istedadlar və böyük potensial var.

- III MDB Oyunlarında oxatanlarımız medal qazana bilmədi. Bunun səbəbini nədə görürsünüz?

- Bəzən nəticə gözləntiləri doğrultmur, bu da idmanın bir hissəsidir. Komandamız çox çalışdı, amma psixoloji gərginlik təsirini göstərdi. Belə yarışlarda məsuliyyət və stress çox olur. Əsas məsələ davamlı məşq və sabitlikdir. Bizim idmançılarımızda potensial var, sadəcə, nəticələrin oturuşması üçün zaman və düzgün planlama lazımdır. 

- Qadın oxatanların fəaliyyətini necə qiymətləndirirsiniz?

- Son illərdə Azərbaycanda bu sahə xeyli irəliləyib. İnsanların, xüsusilə qızların bu idmana marağı artıb. Artıq iddialı və istedadlı qadın oxatanlarımız yetişir və yaxın illərdə onların yüksək nəticələr göstərəcəyinə inanıram.

- Qızınızın da gələcəkdə oxatmaya marağı ola bilərmi?

- O, hansı sahəni seçsə, biz yalnız dəstək olacağıq. İdman həyat məktəbidir - insanı formalaşdırır. Əlbəttə, mən sevinərdim ki, mənim yolumla getsin, amma onun seçim azadlığına hörmətlə yanaşacağam. Əsas odur ki, sağlam, inamlı və xoşbəxt böyüsün. 

- Ana olduqdan sonra məşqlərə qayıtmaq çətin oldumu?

- Doğrudur, həm fiziki, həm də psixoloji baxımdan asan deyildi. Amma məqsədim və iradəm mənə güc verdi. Əksinə, ana olmaq məni daha dözümlü etdi, həyatın dəyərini daha dərindən hiss etməyə başladım. İndi vaxtımı və enerjimi daha planlı bölürəm. Bəzən çətin olur, amma ailə və iş arasında tarazlıq saxlamağı öyrənmişəm. Qızım mənim üçün ən böyük motivasiyadır.

- Cəmiyyət tez-tez qadınları "ailə və ya karyera" seçimi qarşısında qoyur...

- Mən inanıram ki, qadın həm ailədə, həm də peşəsində uğur qazana bilər. Bunun üçün sadəcə, dəstək, anlayış və inam lazımdır. Biz qadınlar cəmiyyətin yarısıyıq və bu, böyük gücdür. Ana olmaq mənə karyeramda daha da güclü olmağa imkan verdi. 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
Dünən, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Dünən, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Dünən, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Dünən, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Dünən, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Dünən, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Dünən, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Dünən, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
27 oktyabr 2026, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
27 oktyabr 2026, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
27 oktyabr 2026, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
27 oktyabr 2026, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
27 oktyabr 2026, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
27 oktyabr 2026, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
27 oktyabr 2026, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
27 oktyabr 2026, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
27 oktyabr 2026, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
27 oktyabr 2026, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
27 oktyabr 2026, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
27 oktyabr 2026, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
27 oktyabr 2026, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Oxşar xəbərlər