Azərbaycan gimnastı Selcan Mahsudova 52,910 xal toplayaraq qadınlar arasında fərdi proqramda batut idmanı üzrə Dünya Kubokunun bürünc medalını qazanıb. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Azərbaycan Gimnastika Federasiyasına istinadən məlumat verir.
Birinci yerdə 54,860 xalla braziliyalı Kamila Qomes, ikinci yerdə 53,970 xalla Fransa təmsilçisi Lea Labruss qərarlaşıblar.
18-19 fevral tarixlərində Bakının Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışı keçirilib. Yarışda 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda iştirak edib.