Türkiyə çempionatına gedən Azərbaycan millisinin taekvondoçuları Bakıya qayıdacaqlar. Bu haqda bu gün, 7 fevral tarixində Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat verib.
Açıqlamada açıq Türkiyə çempionatının ləğv edildiyi bildirilir.
Yığma komanda fevralın 4-də start götürən Prezident Kubokunda çıxış edib. 58 kq çəki dərəcəsində Qaşım Maqomedov qızıl medal qazanıb.
Güclü zəlzələ səbəbindən 10-14 fevralda keçirilməli olan açıq ölkə cempionatı ləğv olunub.