Azərbaycanlı hakim-inspektor Almaniyanın oyununa təyinat alıb. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir.
Elçin Səmədli DÇ-2024-ün Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində Almaniya və Latviya qarşılaşmasında Rumıniyalı hakimlərə nəzarət edəcək.
Oyun 3 mart tarixində baş tutacaq.