Bakıda "Gəlin birlikdə qaçaq" şüarı altında yarış keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 5 aprel tarixində xəbər verir.
10 aprel tarixində Bakı Bulvarında keçiriləcək yarış Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutacaq.
Saat 10:00-da başlayacaq yarış “Dəniz Mall”-un qarşısından start götürəcək və 5 km məsafəni əhatə edərək start nöqtəsində bitəcək.
Yarışda 2014-2015 ci il təvvəlüdlü uşaqlar üçün 200 m, 2012-2013 cü il təvvəlüdlü uşaqlar üçün 300 m, 2010- 2011 ci il təvəllüdlü uşaqlar üçün isə 500 m məsafələrə qaçışlar da nəzərdə tutulub.
İdman formasında olmaq, qeydiyyat üçün 1 saat öncə gəlmək və şəxsiyyət vəsiqəsini özünüzlə götürməyiniz xahiş olunur.
Qaliblər qadın, kişi, uşaqlar və Veteranlar (40-50 yaş, 50-60 yaş , 60+) kateqoriyalarına görə mükafatlandırlacaqlar.