Mayın 7-8-də Bakının “Rəvan” futbol klubunun bazasında 12 yaşlı qızlar arasında “Bahar turniri” keçiriləcək. Bu haqda bu gün, 4 may tarixində Azərtac məlumat verib.
AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirdə 7 komanda mübarizə aparacaq.
Turnirin ilk günündə qrup oyunları (A və B qrupları), ertəsi gün isə final mərhələsinin oyunları keçiriləcək. Hər komandada 2010-cu il təvəllüdlü 3 nəfər olmaqla, 2011 və 2012-ci il təvəllüdlü 7 qızın iştirakına icazə verilir.
İştirakçı komandalar AFFA tərəfindən idman geyimləri ilə təmin olunacaqlar. İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılacaqlar.