Mayın 5-6-da Bakının Avropa Oyunları Parkında çimərlik güləşi üzrə ilk Azərbaycan çempionatı keçiriləcək. Bu haqda bu gün, 4 may tarixində Azərtac məlumat yayıb.
Təşkil olunan yarışda mayın 5-də U-17, U-20 və mayın 6-da böyüklər arasında ən güclü idmançılar müəyyənləşdiriləcək. Yarışlar saat 11:00-da başlayacaq.
Çempionatın keçirilməsində məqsəd çimərlik güləşinin populyarlığına nail olmaq və müvafiq milli komandaların heyətlərini formalaşdırmaqdır.
Qarşılaşmaların U-17 yaş qrupunda 50, 60, 70, 80, U-20 və böyüklər arasında isə 70, 80, 90 kiloqram və 90 kiloqramdan yuxarı çəki dərəcələrində baş tutması nəzərdə tutulub.