Taekvondo üzrə Bakı açıq birinciliyi keçiriləcək. Bu haqda BakuPlus.az Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən bu gün, 28 aprel tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutacaq yarış Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunur.
9-10 may tarixlərində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyası tərəfindən təşkil olunacaq şəhər birinciliyində uşaq, yeniyetmə və gənc taekvondoçular mübarizə aparacaq.