Bakıda dağ velosipedi həvəskarları arasında MTB-nin Enduro növü üzrə yarış keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 28 mart tarixində xəbər verir.
3 aprel saat 12:00-da başlayacaq yarışda yaşı 35-dək olan və özünə güvənən şəxslər iştirak edə bilər.
Turnirin baş tutacağı əraziyə transfer federasiya tərəfindən həyata keçiriləcək.
Arzu edənlər yarış yerinə özü gələ bilər.
Toplanış Respublika Velotrekində (20 Yanvar m/s) saat 10:00-da olacaq.