Bakı metrosu futbol matçı ilə əlaqədar iş rejimini dəyişib. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Bakı Metropoliteninə istinadən xəbər verir.
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Gent” oyunu ilə əlaqədar 17 fevral tarixinə keçən gecə metronun “Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər sərnişinləri qəbul edəcək.
Oyun 16 fevral saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.