Basketbol üzrə Azərbaycan çempionatının keçirilmə vaxtı bəlli olub. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 17 may tarixində xəbər verir.
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayevin verdiyi məlumata əsasən, oktyabrda 8 komandanın iştirakı ilə çempionatın təşkili planlaşdırılır.
Federasiya prezidenti ildən-ilə komanda sayının artırılmasına çalışacaqlarını əlavə edib.