Bakıda Cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 5 may tarixində xəbər verir.
650-yə yaxın yeniyetmə cüdoçunun iştirak edəcəyi turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq.
Yarış 6-8 may 2022-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə U-15 kiçik yaşlı yeniyetmə cüdoçular arasında baş tutacaq.
Seçim mərhələsində 1837 (131 qız, 1706 oğlan) idmançı iştirak edib.