UEFA Konfrans Liqasının “Qarabağ” - “Gent” oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Bu haqda bu gün 14 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qarşılaşmada İsveçdən olan baş hakim Mohammed Al-Hakimə, eləcə də Fredrik Kliver və Robin Vilde laynsmenlər qismində köməklik edəcəklər.
Dördüncü hakim funksiyasını Boyan Pandziç yerinə yetirəcək. Polşalı Bartoş Frankovski VAR hakimi, Pavel Pskit isə onun köməkçisi olacaq. Estoniyalı Uno Tutk hakim-inspektor, irlandiyalı Pedar Rayan isə UEFA nümayəndəsi kimi təyinat alıblar.
Oyun 16 fevral saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.