Bakıda Suraxanı Rayon Gənclər və İdman İdarəsi və “Qarabağ” karate klubunun birgə təşkil etdiyi karate açıq turniri 25 fevral tarixində keçiriləcək. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az məlumat verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir Hövsan Olimpiya İdman kompleksində baş tutacaq.