Ombudsmanın tabeliyində olan qrupun üzvləri 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə baş çəkiblər. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 6 may tarixində xəbər verir.
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən ziyarət olunan müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir.
Görüş zamanı müəssisənin bütün ərazisinə baxış keçirilib, sosial xidmətin təşkili ilə bağlı mövcud vəziyyət araşdırılıb.
Rəftar məsələlərin öyrənilməsi məqsədilə müəssisənin sakinləri, əməkdaşları və rəhbərliyi ilə fərdi müsahibələr aparılıb.
MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyinə saxlanma şəraitinin təkmilləşdirilməsi və əlilliyi olan şəxslərin hüquqlarının təmini istiqamətində müvafiq tövsiyələr verilib.