Bakının Görədil bağları massivində 20 bağ evindən oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 26 fevral tarixində Report məlumat verib.
Bildirilir ki, paytaxt sakini Anar Mahmudov Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək məlumat verib ki, onun bağ evindən oğurluq edilib.
Keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Vasif Ağayev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, daha 19 oxşar oğurluq edib. İstintaq davam etdirilir.