Abşeron rayonunda avtomobil qaçıran şəxs saxlanılıb. Bu haqda 7 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Novxanı kəndi ərazisində martın 5-də saat 19:00 radələrində Sumqayıt şəhər sakini K.Məmmədliyə məxsus “Mitsubishi” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.