Abşeron rayonunda iki uşağı avtomobil vurub. Bu haqda 4 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Avtobusdan düşən iki məktəbli qız yolu keçmək istəyən zaman sürətlə hərəkət edən avtomobil onları vurub. Videogörüntüdən görünür ki, avtobus və ardınca hərəkət edən avtomobil görüntünü tam bağlayır və uşaqların ani qaçışı hadisənin baş verməsinə səbəb olur. Zərbənin şiddətindən məktəblilər havaya qalxıb.
Məlumata görə, şagirdlərdən birinin vəziyyəti ağırdır.