Abşeronda avtomobilin vurduğu qadın xəstəxanada ölüb. Bu haqda 25 yanvar tarixində Report məlumat verib.
Yanvarın 17-də Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində paytaxt sakini 54 yaşlı Xanım İmanova Maxsud Muradovun idarə etdiyi “Nissan Patrol” markalı avtomobili tərəfindən vurulub. Yaralı Respublika Klinik Xəstəxanasına çatdırılıb və yanvarın 22-də orada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.