top
Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb: xəsarət alanlar var
13 iyun 2022, 07:00
- ↺ +

Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb: xəsarət alanlar var

Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisində 12 iyun, saat 23:00 radələrində ağır yol qəzası baş verib. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az məlumat verir.

Məktəbliləri daşıyan “Bakı-Tovuz-Qazax-Qırmızı Körpü” lövhəli “Mercedes” markalı, 90-NL-949 dövlət nömrə nişanlı sərnişin avtobusu yoldan çıxaraq metal hasara çırpılıb.

Qəbələdən Bakıya gedən avtobusda 55 sərnişindən 13-ü xəsarət alıb. Onlardan 11 nəfər Şamaxıdakı xəstəxanaya, 2 nəfər isə ağır vəziyyətdə Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.

Hazırda 10 nəfər, ilkin təcili tibbi yardım alaraq, ambulator müalicə üçün buraxılıb.

Sərnişinlərin Bakının 279 saylı tam orta məktəbinin müəllim və şagirdləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

14:25 - Yenilənib

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 3 sərnişinin vəziyyəti məlum olub.

Vəziyyəti ağır olan xəsarət alanlardan biri müxtəlif sınıqlar ilə Bakıdakı tibb müəssisəsinə yerləşdirilib. Yaralı yaxın zamanda əməliyyat olunacaq.

Vəziyyəti orta-ağır olan iki nəfər dövlət tibb müəssisəsinə aparılsa da, daha sonra yaxınlarının və tur təşkilatçılarının xahişi ilə onlar özəl klinikaya köçürülüb. Onlardan birinə bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı diaqnozu qoyulub. Digər 1 nəfər isə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu ilə paytaxtda yerləşən özəl tibb müəssisəsində müalicəsini davam etdirir.

18:00 - Yenilənib

Şamaxı-Bakı yolunda uşaqların xəsarət alması ilə nəticələnən qəza ilə bağlı onların təhsil aldıqları 279 saylı məktəbin direktoru Südabə Abdullayeva bəzi təfərrüatları açıqlayıb. Onun sözlərinə görə, səyahət həftəsonu təşkil edildiyi üçün o, hadisəni gecə öyrəndi. Səfəri məktəb deyil, valideynlər təşkil etmişdir. Müəllim isə onlar tərəfindən dəvət olunmuşur.

O, həmçinin qeyd edib ki, səfərin təşkilatçısı Empathy Travel turizm şirkəti olub.

Son xəbərlər

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
01 oktyabr 2026, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
01 oktyabr 2026, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Oxşar xəbərlər