Xocavənd rayonunda paytaxt sakini avtomobil qaçırıb. Bu haqda 6 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Tağlar kəndi ərazisindən “Hovo” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Məmişov, Şamaxı şəhər sakini E.Alıpaşayev və Sumqayıt şəhər sakini Z.Əsədullayev müəyyən edilərək saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin “Oğurluq” maddəsi ilə cinayət işi başlanılıb.